İçeriğe geçmek için "Enter"a basın

Rus gözeli ilk Bakıda parlayacaq

04-03-2015


04.03.2015 08:47 xeber –

İdman Gimnastikası üzrə London 2012 Olimpiya Oyunlarının qızıl medalçısı Aliyə Mustafina bu mövsümdə çıxışını Bakı 2015 Avropa Oyunlarından başlayacaq.

ANS PRESS-in məlumaıtına görə, Rusiyanın qadınlardan ibarət komandasının məşqçisi Yevgeny Qrebyonkin gimnast Mustafinanın bel zədəsindən sonra ilk dəfə Bakı 2015 Avropa Oyunlarında çıxış edəcəyini bildirib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Qrebyonkin F-Sporta belə bildirib: “Aliyə üçün bu ilə tərtib etdiyimiz plana əsasən Avropa mövsümündə onun ilk startı bu il Bakıda olacaq. Hazırda buna məqsədli hazırlıqlar gedir”.

Məşqçi Mustafinanın 15-19 apreldə Montpellierdə keçiriləcək Avropa Çempionatında iştirak etməyəcəyini təsdiqləmədi, ancaq 20 yaşlı idmançının iştirakı hələ sual altındadır. Cənab Qrebyonkin qeyd etdi ki, Mustafina Rusiya birinciliyində 4-6 martda Penzada olacaq, amma hələlik məşq etmək məqsədilə.

Mustafina ikiqat dünya çempionu (komanda, çoxnövçülük və gimnastika tiri üzrə çıxışlarda) və üçqat Avropa çempionudur (komanda, çoxnövçülük və müxtəlif hündürlüklü qollar üzrə çıxışlarda).

Rusiya idmançısı Anastasiya Qrişina eyni dizini təkrar zədələyərək keçən mövsümdə əməliyyat keçirməli oldu və növbəti yarışlarda iştirak edə bilməyəcək. London 2012 Olimpiya Oyunlarında komanda yarışlarının gümüş medalçısı Rusiya birinciliyi uğrunda, məşqlər vaxtı zədə almışdı. Qrişinanın Avropa Çempionatında iştirak edəcəyi hələ məlum deyil.

Bakı 2015 Avropa Oyunlarında Rusiya komandasına bədii gimnastikada üç yer ayrılıb.

Mənbə : Anspress.com

Rus gözeli ilk Bakıda parlayacaq