İçeriğe geçmek için "Enter"a basın

Ayağında deşikler açılan modelin veziyyeti pisleşdi – Şekil

04-03-2015


04.03.2015 09:57 xeber –

Bir müddət öncə ayağında slikon yeridilməsindən sonra yaranan iri dəliklərlə gündəmə gələn braziliyalı modelin vəziyyəti yenidən pisləşib. ANS PRESS-in məlumatına görə, uzun müddət reanimasiyada qalan 27 yaşlı Andressa Uracın vəziyyəti kritikdir.

Böyük omba sevgisi ilə slikon qoyduran Uracın bədənində yenidən infksiya yayılıb.

İndi o nəinki sol ayağını, həyatını itirmək təhlükəsi ilə üz-üzədir. Xəstəxanada ağır vəziyyətdə yaşayan model və televiziya aparıcısı çox ağrı-acı çəksə də Allahın onun yanında olduğunu və sağalacağına ümid etdiyini deyib.

Braziliyalı mütəxəssislərin sözlərinə görə, gənc qadın ombasına icazə verilən miqdardan 200 dəfə çox slikon yeridib.

Qeyd edək ki, dekabr ayında cazibədar model slikonun yaratdığı problemə görə 1 aya xəstəxanada yatıb. Oradan çıxandan sonra “Daily Mail”ə açıqlamasında artıq bədəni ilə pul qazanmağa ehtiyacı olmadığını demişdi. “Artıq qürurumla çalışıb ailəmə baxacağam”.





Mənbə : Anspress.com

Ayağında deşikler açılan modelin veziyyeti pisleşdi – Şekil