İçeriğe geçmek için "Enter"a basın

DİQQƏT: stress beyninizi kiçildir

04-03-2015


04.03.2015 / 10:35 xeber –

Stressin beyinə təsirləri

 

 

Stress beynimizdə bir çox problemlərə yol açır.

 

Stress hər kəsin qarşılaşdığı bir haldır. Stressli olduğunuz zaman beyninizdə qalıcı və keçici olan mənfi təsirlər yaşanır.

 

Lent.az stressin beyində yaratdığı fəsadları təqdim edir.

 

Əsəbiliyə səbəb olan kimyəvi dəyişiklik yaradır

Bir çox insan stressli olduğu zaman tərs, acıdil olurlar. Araşdırma zamanı stressin insan beynindəki sinapsların tənziminə kömək edən hipokampusun tərkibindəki molekullara zərər verdiyi müəyyən olunub. Nəticədə insanların sosiallaşması azalır, ətrafdakı insanlarla münasibət qurmaqdan qaçır, yaddaş və qavrayışla bağlı problemlər yaşanır.

 

Xroniki stress beyninizi kiçildə bilər

Stressli həyat beyninizdə hisslərə nəzarət edən və fizioloji funksiyalara cavabdeh olan bölgələrdəki boz maddənin azalmasına səbəb olur. Bu da yaddaş və öyrənməyə zərər verir.

 

Stressli hadisələr beyin hüceyrələrini öldürə bilər

Yeni məlumatlar öyrəndikcə beyində hipokampusda neyronlar ifraz etməyə davam etdirilir. Ancaq sürətli stress hipokampusdakı neyronların yaranmasını dayandırır və  hüceyrələrin arasındakı əlaqənin sürətinə təsir edə bilər. Araşdırmaya görə sürətli stress içərisində olan insanların beynində daha çox miyelen ifraz edən hüceyrə və normaldan az neyron ifraz olunur. 

Mənbə : Lent.az

DİQQƏT: stress beyninizi kiçildir