İçeriğe geçmek için "Enter"a basın

Bakıda qadının evine soxulan kişi yaxalandı

04-03-2015


04.03.2015 / 11:00 xeber –

Bakıda oğurluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yaşayan Arzu Mirzəyevanın evindən, açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

 

Araşdırmalar davam etdirilir.

Mənbə : Lent.az

Bakıda qadının evine soxulan kişi yaxalandı