İçeriğe geçmek için "Enter"a basın

Daha iki marketde süni qiymet artımı aşkarlandı

04-03-2015


04.03.2015 / 16:31 xeber –

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyinindən Lent.az-a verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə  Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam edib.

Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mənbə : Lent.az

Daha iki marketde süni qiymet artımı aşkarlandı