İçeriğe geçmek için "Enter"a basın

MTRŞ seriallarda xoşagelmez hallar aşkarladı

04-03-2015


04.03.2015 / 17:09 xeber –

 

 

2014-cü ildə teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələri, əsasən reklam yayımı və sponsorluqla bağlı tələblərinin pozulması hallarına yol verilib. APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının 2014-cü il üzrə illik hesabatında bildirilib.

 

Hesabatda deyilir ki,  bəzi telekanallar tərəfindən “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın və "Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar"ın da tələblərinin pozulması halları aşkara çıxarılıb.

 

Baş verən pozuntularla bağlı müvafiq arayışlar tərtib olunub.

 

Monitorinq zamanı telekanalların efirində yayımlanan teleseriallarda siqaret çəkmə, spirtli içki qəbul etmə, kəmərdən istifadə etmədən avtomobili təhlükəli idarəetmə və s. kimi xoşagəlməz hal və vərdişlər də qeydə alınıb.

 

 

 

 

Mənbə : Lent.az

MTRŞ seriallarda xoşagelmez hallar aşkarladı