İçeriğe geçmek için "Enter"a basın

Evinde qaz yandıran her kes oxusun!

04-03-2015


04.03.2015 / 17:28 xeber –

Dəm qazı zəhərlənmələrinə diqqət edin!

 

 

Qış aylarında hər evdə soba yandırılır. Lakin sobaların yanlış istifadəsi bəzən zəhərlənmələrə, hətta ölümlərə gətirib çıxarır.

 

Karbon monoksid zəhərlənməsi nədir?

Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı üzündən baş verir. 

 

Bədənə necə təsir edir?

Dəm qazı ağciyərlərdən qana keçərək qırmızı qan hüceyrələrinin tərkibində olan və toxumalara oksigen daşıyan hemoqlobinə, oksigenə təxminən 200 qat daha çox bağlanaraq karboksihemoglobin ( COHb) yaradır. Normalda havadakı oksigeni oksihemoqlobin şəkilində  hüceyrələrə daşıyan alyuvar (qırmızı qan hüceyrələri ) karbonmonoksid qazına məruz qaldığımız müddət boyunca, yetərincə oksigen daşımadığından hüceyrələr ölməyə başlayar və özəlliklə beyin, baş, ürək və digər orqanların funksiyası pozulmuş hala gələr.

 

Hüceyrə ölümlərinin ilk təsiri beyində görüldüyündən, bədənin ilk reaksiyası baş gicəllənmə və baş ağrısıdır.

Dəm qazına məruz qalarkən qandakı hemoqlobinin 20 %-i karboksihemoqlobinə dönüşdüyündə, baş gicəllənmə və baş ağrısı ilə başlayan ilk əlamətlər, siqnallar görülür. Nisbət 50 %-ə çıxdığında huşun itirilməsi, 60-70 % nisbətində isə ölüm gerçəkləşir.

 

Yüngül zəhərlənmə əlamətləri

Baş ağrısı

Baş gicəllənməsi

Fikir dağınıqlığı

Mədə bulantısı

Yorğunluq

Nəfəs darlığı

Ürək çırpıntısı

 

Ağır zəhərlənmə əlamətləri

Axmaqlıq

Unutqanlıq

Qusma

Dəridə qızartı

Bitkinlik

Əzələ krampları

Huşun itirilməsi

Tənəffüs tükənməsi ilə ölüm

 

Dəm qazı zəhərlənməsində ilk yardım necə edilir?

Zəhərlənən birinə kömək edən kəs özünü də qorumalıdır.

Pəncərələr açılmalı, ya da tez qırılmalıdır.

İnsan tez həmin məkandan uzaqlaşdırılmalı, bayıra çıxarılmalıdır.

Təcili yardım çağırılmalıdır

Xəstənin ağzı silinərək süni tənəffüs verilməlidir

 

Zəhərlənmə müalicəsi xəstənin klinik vəziyyətinə və qanın tərkibindəki karboksihemoqlobin miqdarına uyğun təşkil edilir. Xəstəyə oksigen serum taxıldıqdan sonra həyati təhlükəsi nəzarət altına alınıb, ürək, beyin və ağciyər funksiyaları dəyərləndirilir. Yüksək sürətdə oksigen müalicəsi başladılır.

 

Ağır zəhərlənmə zamanı karboksihemoqobin səviyyəsi 40-dan yüksək olanda tez bir zamanda 4 saatlıq 100 % oksigen, düzəlməzsə, hiperbarik oksigen müalicəsinə başlanır.

 

 

Dəm qazı zəhərlənməsinə məruz qalmamaq üçün…

 

Ev və iş yerlərində təbii qaz istifadə olunan cihazlar hər il təmir edilməlidir.

 

Yetərli oksigen qəbulu üçün hava girişini bağlamayın.

 

Bacaların təmizliyinə və tıxanıq olmadığına əmin olun.

 

Bacanız standartlara uyğun deyilsə,  soba istifadə etməyin.

 

Hər hansı istilik cihazında problem varsa, xidmət servisi çağırın.

 

Qapalı qarajda maşınınızı uzun müddət işlək vəziyyətdə saxlamayın.

 

Karbon tərkibli yanacaqların istifadə edildiyi yerlərdə karbon monoksid sensorları istifadə edin.

 

Mənbə : Lent.az

Evinde qaz yandıran her kes oxusun!