İçeriğe geçmek için "Enter"a basın

Tekbetek görüş oldu – Şekil

04-03-2015


04.03.2015 17:33 xeber –

Prezident İlham Əliyevin Bolqarıstanın baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və baş nazir Boyko Borisov əvvəlcə rəsmi foto çəkdiriblər.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulanıb. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında ikitərəfli sənədlər imzalanıb.

Mənbə : Anspress.com

Tekbetek görüş oldu – Şekil