İçeriğe geçmek için "Enter"a basın

AMEA-da YENİ TƏYİNATLAR

04-03-2015


04.03.2015 / 17:56 xeber –

 

 

Azərbaycan Milli Elmlər Akademiyasında yeni kadr təyinatları olub. Lent.az-ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında verilib. İclasda çıxış edən AMEA-nın vitse prezidenti İbrahim Quliyev məlumat verib ki, Anar Əliyev Hüquq və Kadrlar İdarəsinin Qanunvericilik təminatı şöbəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva Kadrlar şöbəsinin rəisi, Svetlana Kərimova Kadrlar şöbəsinin rəis müavini təyin edilib.

 

Nərgiz Qəhrəmanova isə Aparatın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırma idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Mənbə : Lent.az

AMEA-da YENİ TƏYİNATLAR