İçeriğe geçmek için "Enter"a basın

Bakı Baş Gömrük İdaresinden “silahlı basqın” xeberine reaksiya: “Yalandır”

04-03-2015


04.03.2015 / 17:58 xeber –

"Bakı Baş Gömrük İdarəsinə heç bir basqın və silahlı insident olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır". Bu barədə APA-ya Bakı Baş Gömrük İdarəsindən bildirilib.

 

 

Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.

 

 

Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi, silahlı insident baş verməsi və bir əməkdaşının yaralanması, seyfdən pul aparılması barədə məlumat yayılıb.  

 

Mənbə : Lent.az

Bakı Baş Gömrük İdaresinden “silahlı basqın” xeberine reaksiya: “Yalandır”