İçeriğe geçmek için "Enter"a basın

İnstitut direktoru: “Ele işçilerimiz var, işe piyada gelirler”

04-03-2015


04.03.2015 / 18:12 xeber –

 

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva gənc elmi işçilərin əmək haqqının azlığının ciddi problemə çevrildiyini bildirib. Lent.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin iclasında millət vəkili bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda eyni problem yaşanır: “gənc elmi işçilər 140 manata işləmək istəmirlər. Hətta bizim institutun elə işçləri var ki, işə piyada gəlirlər. Ona görə də mövcud problemin həlli istiqamətində AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir”.

 

AMEA-nın birinci vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli isə elmi institutlardakı gəncləşmə probleminə toxunub. O deyib ki, bu problem istər Bakıda, istərsə də Naxçıvanda hiss olunur: “Gəncləşmə problemini həvəsləndirmə, stimullaşdırma yolu ilə həll etmək mümkündür. Misal olaraq, Naxçıvan Dövlət Universitetinin sonuncu kurs tələbələrini elmi təşkilatlara işə cəlb etmək lazımdır. Bunu Gəncədəki elmi bölməyə də şamil etmək olar”.

Mənbə : Lent.az

İnstitut direktoru: “Ele işçilerimiz var, işe piyada gelirler”