İçeriğe geçmek için "Enter"a basın

Meşhur şirketle bağlı iş qaldırıldı

04-03-2015


04.03.2015 18:17 xeber –

Son dövrlərdə “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olub.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Mənbə : Anspress.com

Meşhur şirketle bağlı iş qaldırıldı