İçeriğe geçmek için "Enter"a basın

“Ağacdelen “süren” gelincik” – Şekil

04-03-2015


04.03.2015 19:50 xeber –

Belində gəlincik uçuran ağacdələn internetin ulduzu olub.

ANS PRESS-in məlumatına görə, britaniyalı fotoqraf Martin Le-Meyyu unikal şəkil çəkə bilib. O, uçan ağacdələni çəkib. Şəklin unikallığı isə ondadır ki, quş uçan zaman onun belində gəlincik də olub.

Bəzi saytlar isə şəkli “ağacdələn “sürən” gəlincik” başlığı ilə yayımlayıb. Şəklin müəllifi bildirib ki, gəlinciklə ağacdələnin münasibəti heç də dostyana olmayıb. Şəkillərə baxanda görünür ki, ağacdələn belindəki gəlincikdən xilas olmaq istəyib.

O, yerə enəndən sonra da gəmiricdən qurtulmaq üçün çırpınıb. Martin Le-Meyyu bildirib ki, quş yerə enəndən sonra gəlinciyin başı əlində kamerası olan insanlara qarışıb. Ağacdələn də bundan istifadə edib qurtula bilib.

Mənbə : Anspress.com

“Ağacdelen “süren” gelincik” – Şekil