İçeriğe geçmek için "Enter"a basın

İŞİD komandiri öldürüldü

04-03-2015


04.03.2015 20:57 xeber –

İraq ordusunun İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasına ağır zərbələr endirilib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının dəstək verdiyi əməliyyatda 40-a yaxın terrorçu öldürülüb.

İraqın qərb bölgəsində həyata keçirilən hücum zamanı İŞİD-in məşhur komandirlərindən olan Naim əl-Şaha məhv edilib.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Fəllucə və əl-Bağdadi şəhərlərində İŞİD mövqelərinə hücumlar təşkil olunub.

Hücumlar zamanı hansı ərazilərin azad olunması ilə bağlı məlumat açıqlanmayıb.

Mənbə : Anspress.com

İŞİD komandiri öldürüldü