İçeriğe geçmek için "Enter"a basın

Bakıdan qorxan ermeniler

04-03-2015


04.03.2015 22:11 xeber –

Ermənistanın güləş üzrə dünya və olimpiya çempionu Levon Culfalakyan Bakı-2015 Avropa Olimpiya oyunlarında iştirak edəcək erməni idmançılarla bağlı danışıb.

ANS PRESS-in məlumatına görə, Levon Culfalakyan Ermənistan mətbuatına verdiyi açıqlamasında Bakıda erməni idmançıların təhlükəsizliyinə şübhə ilə yanaşdığını bildirib.

O, buna səbəb kimi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulmasını və tərəflərin verdiyi itkiləri göstərib: “Erməni idmançılar Bakıda heç də özlərini təhlükəsizlikdə hiss etməyəcək”.

Levon Culfalakyan Avropa oyunlarında Ermənistanın iştirak etməsini mənasız sayıb. Onun sözlərinə görə, erməni idmançılar Azərbaycanda medal qazana bilməyəcək: “Azərbaycan tərəfi bütün vasitələrdən istifadə edəcək ki, ermənilər medal qazanmasın”.

Qeyd edək ki, Ermənistan Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına qısqanclıqla yanaşır. Azərbaycan ən yüksək səviyyədə erməni idmançıların təhlükəsizliyinə təminat versə də İrəvan birbaşa və dolayı vasitələrlə bu məsələni gündəmə gətirməkdədir. Halbuki Avropa Oyunlarına vəsiqə qazanan erməni idmançıların bir-neçəsi əvvəlki illərdə Azərbaycanda keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Həmin turnirlərdə ermənilərin təhlükəzisliyi ən yüksək səviyyədə təmin olunub.

Düzdür, millətimizə Xocalı soyqırımı kimi dəhşət yaşadan işğalçı ermənilərin idmançılarına xalqımızın münasibəti yaxşı ola bilməz. Ancaq bu heç də mötəbər bir turnir keçirən Azərbaycanda erməni idmançıların təhlükəsizliyində problem yaşanacağı demək deyil. Beynəlxalq turnirlərə dəfələrlə ev sahibliyi edən Bakı artıq bunu sübut edə bilib.

Mənbə : Anspress.com

Bakıdan qorxan ermeniler