İçeriğe geçmek için "Enter"a basın

Maradona cinsini deyişdi

04-03-2015


04.03.2015 22:27 xeber –

Dünya futbolunun əfsanəsi sayılan Dieqo Maradona oriyentasiyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Almaniyanın məşhur “Bild” qəzeti çıxış edib.

Belə ki, 1986-cı ildə Argentina millisini təkbaşına dünya çempionu edən Maradona Venesuelada televiziya verilişlərindən birinə sırğa və dodaq boyası ilə çıxıb. Bununla belə nə Maradona, nə də verilişin aparıcısı yaşayan canlı əfsanənin xarici görkəmindəki dəyişikliyi izah etməyib.

Bu ilin fevral ayında dünya KİV-ləri 54 yaşlı argentinalının üzünü cavanlaşdırmaq üçün plastik əməliyyat etdirdiyi barədə məlumat yaymışdılar.

Buna səbəb kimi onun 24 yaşlı rəfiqəsinin yanında yaşlı görünməməsi göstərilirdi.

Mənbə : Anspress.com

Maradona cinsini deyişdi