İçeriğe geçmek için "Enter"a basın

Daha bir uğursuz görüş

05-03-2015


04.03.2015 23:57 xeber –

ABŞ Dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Cenevrədə 3 günlük danışıqları başa vurub.

ANS PRESS-in məlumatına görə, Zərif danışıqlarda müəyyən irəliləyiş olduğunu, amma yekun razılaşma üçün hələ çox iş görülməli olduğunu deyib.

Kerri isə danışıqların hələ də çətin olaraq qaldığını deyib. Liderlərin növbəti görüşü martın 15-də olacaq.

Tehranla ümumi danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir. Tərəflər iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər. Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərədə tutulur.

Mənbə : Anspress.com

Daha bir uğursuz görüş