İçeriğe geçmek için "Enter"a basın

Havalar yağmursuz keçəcək

03-01-2015

havaveziyyeti

Səhər və Gecə bəzi yerlərdə duman, çiskin gözlənilir.

Azərbaycanda istirahət günləri mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək.

Mülayim cənub küləyi axşam saatlarında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu isə gecə saatlarında 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olmağı gözlənilir.

Havalar yağmursuz keçəcək