İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev Sofiya kilsesinde – Şekil

05-03-2015


05.03.2015 00:37 xeber –

Prezident İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib.

Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazdı.

Mənbə : Anspress.com

İlham Əliyev Sofiya kilsesinde – Şekil