İçeriğe geçmek için "Enter"a basın

Rusiya: ABŞ “İŞİD”i mehv etmeye telesmir

05-03-2015


05.03.2015 / 00:54 xeber –

ABŞ “İŞİD” terrorçu qruplaşmasını məhv etməyə tələsmir.

 

APA-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.

 

Onun sözlərinə görə, ABŞ Suriya prezidenti Bəşər Əsədin ətrafında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdır.

 

“Ağ Evin uzaqgörən olmayan siyasəti problemlərə gətirib çıxarır.  Bu məsələlərlə isə beynəlxalq aləm mübarizə aparmalı olur. Təəssüf ki, rəsmi Vaşinqton həmişə olduğu kimi terrorizmlə mübarizədə "ikili standart"lardan istifadə edir”, deyə N.Patruşev bildirib.

Mənbə : Lent.az

Rusiya: ABŞ “İŞİD”i mehv etmeye telesmir