İçeriğe geçmek için "Enter"a basın

Gencede ucuz İran malları – Video

05-03-2015


05.03.2015 01:44 xeber –

Gəncədə İran İslam Respublikasında istehsal olunan məhsullarının satış sərgisi keçirilir. Beş gün davam edəcək sərgidə İranın müxtəlif vilayətlərində fəaliyyət göstərən 51 şirkətin istehsal etdiyi müxtəlif məhsullar nümayiş etdirilir.

ANS TV-nin məlumatına görə, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə keçirilən sərgidə İran əyalətlərinin qida sənaye şirkətləri, nəqliyyat, dərman preparatları, tekstil və geyim, kənd təsərrüfatı məhsulları və s. çeşidli məhsullar istehsal edən şirkətlər iştirak edir.

“Hazırda 51 şirkət bu sərgidə iştirak edir. Sərgidə əhaliyə müxtəllif adda və çeşiddə mallar təqdim olunur” – deyə sərginin təşkilatçı Seyidəyyub Təqva Tələb bildirib.

Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə stendlər arasında İranın Ərdəbil əyalətilə yanaşı, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəddən şirkətlər də yer alır.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ümid edir ki, bu sərgidən sonra İranla Azərbaycan şirkətləri arasında münasibətlər daha da inkişaf edəcək: “Hazırda İranla Azərbaycan arasında ticarət mübadiləsi qeyri-neft sektorunda 500 milyon dollardan artıqdır. Elektrik enerjisi və digər sahələri də əlavə etsək, bir milyard kimi rəqəm göstərmək olar. Amma potensialın bundan da yüksək olduğuna inanırıq. Ümid edirik ki, 2015-ci ildə bu rəqəmləri iki dəfə artıra bilərik”.

Bu gündən başlayan İran məhsulları sərgisi mart ayının 8-nə qədər davam edəcək.

Mənbə : Anspress.com

Gencede ucuz İran malları – Video