İçeriğe geçmek için "Enter"a basın

Amerikalı seksual müğenni sevgilisinden soyudu – Şekil

05-03-2015


05.03.2015 02:37 xeber –

Dünyanın ən seksual müğənni və aktrisalarının siyahısında olan Nikol Şerzinger ilə sevgilisinin araların soyuq küləklər əsir.

ANS PRESS-in məlumatına görə, Amerikalı məşhur “R&B” ifaçısı, “Pussycat Dolls” qrupunun əsas vokalçısı Nikol Şerzinqerin yeddi ildir birlikdə olduğu sevgilisi Lusi Hemiltondan ayrıldığı iddia edilir. Bu barədə cütlüyün yaxınlardan biri ingilis “Sun” qəzetinə xəbər verib.

Xəbərdə bildirilir ki, 36 yaşlı seksual müğənni “Formula-1” çempionu Luis Hemiltondan onunla ailə qurub evlənməyə razı olmadığı üçün ayrılıb.

Şerzinqer və 30 yaşlı pilot 2007-ci ildə Almaniyanın Münih şəhərində baş tutan “MTV musiqi mükafatları”nda tanış olub və münasibətlərə başlayıb. Cütlük 2010, 2011 və 2013-cü illərdə qısa müddətlik ayrılıb sonra barışıblar.

Tərəflər ayrılıqları barədə yeni yazılan məlumatları təsdiqləməsələr də onların sonuncu dəfə yeni il gecəsi bir yerdə görüldüyü deyilir.

Mənbə : Anspress.com

Amerikalı seksual müğenni sevgilisinden soyudu – Şekil