İçeriğe geçmek için "Enter"a basın

Heyecanlı ana 99 gün qaldı – Şekil

05-03-2015


05.03.2015 02:49 xeber –

Litva Milli Olimpiya Komitəsində (LTOK) birinci Avropa Oyunlarına 100 gün qalmasını qeyd etmək məqsədilə görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Litva idmançıları, məşqçiləri, idman həkimləri və veteranlar 12-28 iyun tarixlərində Bakıda baş tutacaq, yaxınlaşmaqda olan ilk Avropa Oyunlarını qeyd etmək üçün LTOK ilə birlikdə yığıncağa qatılıblar. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

“Şadam ki, ilk Oyunlarda Litvadan 60-dan çox idmançı iştirak edəcək. ” – deyə LTOK Prezidenti Daina Qudzinevicite bildirib və belə əlavə edib: “Nümayəndə heyətinə həm təcrübəli, həm də karyerasının başlanğıcında olan gənc idmançılar daxil olacaq. Bu yarışlar Avropa Oyunlarının ilk çempionu olmaq üçün yaxşı fürsətdir.”

Hal-hazırda doqquz idman növü – 3×3 basketbol, üzgüçülük, boks, avarçəkmə, velosiped idmanı, gimnastika, sambo, çimərlik voleybolu və güləş – üzrə azı 57 litvalı idmançı Bakı 2015 kvalifikasiya standartlarının tələblərini ödəyib.

Litva Milli Olimpiya Komitəsi cüdo, badminton, stolüstü tennis, triatlon və atıcılıq üzrə də idmançıların kvalifikasiya qazanacaqlarına ümid edir.

Mənbə : Anspress.com

Heyecanlı ana 99 gün qaldı – Şekil