İçeriğe geçmek için "Enter"a basın

Bu gün Beden terbiyesi ve idman günüdür

05-03-2015


05.03.2015 03:09 xeber –

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman günüdür. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Elə həmin vaxtdan etibarən bütün ölkədə bu münasibətlə bir sıra tədbirlər təşkil olunur.

Bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyil.

1995-ci ilin həmin günü ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşərək, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis edib.

Beləliklə hər ilin 5 Mart tarixi İdman günü kimi qeyd olunur.

Mənbə : Anspress.com

Bu gün Beden terbiyesi ve idman günüdür