İçeriğe geçmek için "Enter"a basın

Dünya nehengi lideri danışdı

05-03-2015


05.03.2015 03:25 xeber –

“Facebook”un yaradıcısı terror və zorakılığa qarşı mübarizədən söz açıb.

“Facebook” sosial şəbəkə saytının qurucusu Mark Zükerberq İspaniyada keçirilən konfransda iştirak edib.
ANS PRESS-in məlumatına görə, Mobil Dünya Konqresində iştirak etmək məqsədilə Barselonada olan Mark Zükerberq tədris müəssisələrindən birində hazırlanan tədbirdə tələbələrin suallarını cavablandırıb.

O, rəhbəri olduğu sosial şəbəkədə terror və zorakılıqla bağlı məzmunların, mesajların ən sürətli şəkildə yaylımasının qarşısını almaq üçün çalışdıqlarını söyləyib.

“Biz nə qədər zorakı məzmunlara qarşı mübarizə aparsaq da bir polis kimi işləmirik. Bütün istifadəçilərin yazdıqlanı gözdən keçirməyə qadir böyük bir işçi qüvvəsinə sahib deyilik”, – deyə Mark Zükerberq sözlərinə əlavə edib.

Qeyd edək ki, 2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən qurulan “Facebook” sosial şəbəkəsininin ilkin məqsədi Harvard Universiteti tələbələrinin görüş yerinin yaradılması idi.

Mənbə : Anspress.com

Dünya nehengi lideri danışdı