İçeriğe geçmek için "Enter"a basın

Odessada güclü partlayış

05-03-2015


05.03.2015 / 04:52 xeber –

Ukraynanın Odessa şəhərində güclü partlayış baş verib.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla 00:30 radələrində Koblevskaya küçəsi, ev 40-a “Sağ sektor” təşkilatının ofisində qeydə alınıb.

 

Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə ziyan dəyib, ətrafdakı binaların pəncərələri sınıb. İlkin məlumata əsasən ölən və yaralanan yoxdur. Hadisə yerinə xilasedicilər cəlb olunub. Ərazi milis əməkdaşları tərəfindən əhatəyə alınıb.  

Mənbə : Lent.az

Odessada güclü partlayış