İçeriğe geçmek için "Enter"a basın

100 yaşlı bey ve 20 yaşlı gelin

05-03-2015


05.03.2015 / 06:14 xeber –

Səudiyyə Ərəbistanında görənləri, eşidənləri heyrətləndirən hadisə yaşanıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, 100 yaşlı kişi 20 yaşına belə çatmamış qızla ailə qurub. Toyun görüntülərinin bir hissəsi internetdə yayılıb. Bir əsrlik kişinin toyu dəbdəbəli keçib. Onu gənc ərəblər müşayiət ediblər.  Xoşbəxtliyi gözlərindən oxunan bəyin ətrafında əli qılınclı kişilər rəqs edib, əyləniblər. Toy havasına oynayan əli qılınclılar yaşlı kişini gəlinin otağının qapısına kimi müşayiət ediblər.

 

Qeyd edək ki, ərəb ölkələrində qızların çox erkən yaşlarında özlərindən dəfələrlə böyük şəxslərlə evləndirilməsi adi haldır.

Mənbə : Lent.az

100 yaşlı bey ve 20 yaşlı gelin