İçeriğe geçmek için "Enter"a basın

Bakıda serxoş sürücü saxlanılıb

05-03-2015


05.03.2015 07:57 xeber –

Ötən gecə Bakı şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları sərxoş sürücülərə qarşı aparılan mübarizə çərçivəsində növbəti reyd həyata keçirib. Tədbir zamanı avtobili içkili halda idarə edən sürücülər saxlanııb.

Belə sürücülərdən biri paytaxtın Binəqədi rayonu ərzisində Cəfər Xəndan küçəsində saxlanılıb. Pənəhov Orxan İsmayıl oğlu idarə etdiyi “Rang Rover” markalı avtomobildə yol hərəkət qaydalarının pozduğu üçün yol polisləri tərəfindən saxlanılıb.

Bundan sonra sürücü tibbi müayinədən keçirilməsi üçün ekspertizaya aparılıb. Sürcünün hadisə yerində olan dostları isə avtomobilin polislər tərəfindən dayanacağa aparılmasına etiraz edərək onlarla mübahisə ediblər.

Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Orxan Pənahovun etdiyi qanın pozuntusuna isə araşdırmalardan sonra hüquqi qiymət veriləcək.

Mənbə : Anspress.com

Bakıda serxoş sürücü saxlanılıb