İçeriğe geçmek için "Enter"a basın

Bakıda adam bıçaqlayan şexsi zererçekenin dostları tutub

05-03-2015


05.03.2015 08:05 xeber –

Gecə Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakıxanov qəsəbəsində qeydə alınan hadisə zamanı 34 yaşlı Ramil Şəkilağa oğlu Mayılov dostları ilə yol gedərkən onlara tanımadıqları şəxs yaxınlaşıb. Naməlum şəxs əvvəlcə Ramil Mayılovla və onun dostları ilə mübahisə edib. Mübahisə zamanı isə həmin şəxs cibindən bıçaq çıxararaq Ramil Mayılova bir bıçaq zərbəsi vurub.

Naməlum şəxs qaçmaq istəyərkən Mayılovun dostları onu tutublar. Tutulan şəxsi ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarına təhvil verilib, yaralı isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb.

Qarın nahiyyəsindən bir bıçaq xəsarəti alan yaralı dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hadisə ilə əlaqədar Sabunçu rayon polis idarəsinə və idarənin 13-cü polis bölməsinə müraciət etsək də növbətçi hissədən bizə baş verən hadisədən xəbərsiz olduqlarını bildirdilər.

Mənbə : Anspress.com

Bakıda adam bıçaqlayan şexsi zererçekenin dostları tutub