İçeriğe geçmek için "Enter"a basın

Ərdoğanın qeyri-adi kolleksiyası

05-03-2015


05.03.2015 08:22 xeber –

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyri-adi kolleksiyası var.

ANS PRESS-in məlumatına görə, bu barədə iştirak etdiyi tədbirlərdən birində Ərdoğan özü məlumat verib.
İnsanlara siqareti tərgitdirmək məsələsində çox həssas olduğunu deyən Ərdoğan bu istiqamətdə sahib olduğu qəribə kolleksiyadan danışıb.

Ərdoğan siqareti tərgitdirdiyi şəxslərdən götürdüyü siqaret qurtularının üstünə ad, soyad, tarix və mümkün olsa telefon nömrəsi yazaraq bunları kolleksiyaya çevirdiyini bildirib:

“Hər halda Türkiyədə heç kimdə belə bir kolleksiya yoxdur. Bəlkə “Yaşıl Aypara” cəmiyyətində də belə bir şey yoxdur. Təbii ki, bu çəkilən yox, tərgidilən siqaretlərin kolleksiyasıdır. Siqareti tərgitdirməyə nail olduğum insanların yenidən dünyaya gəlməsinə səbəb olmuş kimi sevinirəm”.

Qeyd edək ki, daha əvvəl Rəcəb Tayyib Ərdoğanın açılışlarda istifadə etdiyi qayçılardan ibarət kolleksiyası olduğu bildirilmişdi.

Mənbə : Anspress.com

Ərdoğanın qeyri-adi kolleksiyası