İçeriğe geçmek için "Enter"a basın

İranda Alim Qasımov və qızı Fərqanə Qasımova konsert verəcək

03-01-2015

Alim-Qasimov-004

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İranAmerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edərək yayan sənətçi Alim Qasımov, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

Bu missiyasını davam etdirən istedadlı müğənni Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 11 və 12-də Tehranda konsert verəcək.   Xanəndənin mətbuat katibi Səadət Möhübovanın  verdiyi məlumata görə, konsertdə xalq artisti qızı Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

 

“Vəhdət” Sarayında baş tutacaq konsert proqramında A. Qasımovu Tehran Simfonik Orkestri müşayiət edəcək. S. Möhübova əlavə edib ki, proqrama xalq və bəstəkar mahnıları daxildir.

 

Qeyd edək ki, Alim Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın Milad sarayında konsert verib.

 

İranda Alim Qasımov və qızı Fərqanə Qasımova konsert verəcək