İçeriğe geçmek için "Enter"a basın

İraq Türkiyəni müharibə ilə hədələdi - FOTO

31-12-2015

11:29 xeber – “Əgər suverenliyimiz təhlükə altında qalarsa biz istənilən ölkəyə qarşı müharibəyə hazırıq”. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri İraq xarici işlər naziri İbrahim əl-Cəfəri nazirliyin binasında keçirilən mətbuat konfransı zamanı deyib. Türkiyə ilə iqtisadi əlaqələrin kəsiləməsinə dair sualına cavabında o belə deyib: “Əgər suverenliyimizin pozulması davam edərsə, biz savaşmaqdan çəkinməyəcəyik. Qonşu ölkələrlə sülh və mehriban münasibətlərin tərəfdarı olsaq da, müstəqilliyimizi qorumaq üçün hər şeyə hazırıq”.


İraq Xarici İşlər Naziri İbrahim əl-Cəfəri

Nazir bir neçə gün öncə çıxışı zamanı bildirib ki, Türkiyə ilə strateji münasibətlərin təməli 2003-cü ildə qoyulub. Lakin İraqın suverenliyi təhlükə altına düşsə vəziyyət dəyişə bilər. “Çünki bizə görə, İraqın müstəqilliyi hər şeydən önəmlidir”.


İraqın Mosul şəhəri

Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhədinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölgədəki 80-90 türk əsgərinin sayı 138-ə çatdırılıb.

Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.



Başika düşərgəsi

Türkiyənin ötən həftə Başika düşərgəsinə göndərdiyi hərbi birliklər sərt reaksiyalara səbəb olmuşdu. Milli İstihbarat Təşkilatı (MİT) müstəşarı Hakan Fidan və Daxili işlər nazirinin müşaviri Feridun Sinirlioğlu Bağdada gedərək təmaslarda olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə türk hərbçilərinin İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirildiyini demişdi.

Buna baxmayaraq bir neçə gün öncə türk hərbçilərinin bir qisminin Mosuldan çıxarılması barədə məlumat yayılıb.

mənbə :
anspress

İraq Türkiyeni müharibe ile hedeledi – FOTO