İçeriğe geçmek için "Enter"a basın

Bakirəliyini satışa çıxaran azərbaycanlı qız danışdı

31-12-2015

14:12 xeber – Bu ilin iyun ayının sonunda bakirəliyini satışa çıxarıb Rusiyada 29 yaşlı Mixail Dnistryan tərəfindən zorlananazərbaycanlı qız danışıb.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kristina bildirib ki o, artıq Moskvada məskunlaşıb: “Burada mənim üçün yaxşı prespektiv var. Artıq burada yaşayacam. Azərbaycana qayıtmağa qorxuram. Çünki əgər vətənə qayıtsam orada böyük qınaqla üzləşə bilərəm. İnsanlar məni mühakimə edəcək. Ona görə də Moskvada yaşamağı qərara almışam”.

Hadisə bu ilin iyun ayının sonunda baş verib. Perm vilayətinin ən böyük şəhəri olan Bereznikovda yaşayan 29 yaşlı Mixail Dnistryan əslən azərbaycanlı olan Kristina ilə internet vasitəsilə tanış olub. Erməni əsilli M.Dnistiryan qıza bakirəliyi müqabilində 14 min dollar təklif edib. Kristina təkliflə razılaşıb və Perm vilayətinin Bereznikov rayonuna gedib.

Tərəflər müqavilə hazırlayıblar. Kristina müqavilə şərtlərini oxumadan onu imzalayıb. Sonradan məlum olub ki, o özü Mixailə 5 milyon rubl ödəməlidir.


Mixail Dnistryan – azərbaycanlı qızı zorlayan şəxs

Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb. Mixail isə qızı zorlayıb.
Zərərçəkən iki gün bağlı qapılar arxasında qalıb. Əlinə qaçmaq üçün fürsət düşən azərbaycanlı Kristina yataq dəstlərini bir-birinə bağlayaraq binanın eyvanından düşmək istəyərkən 3-cü mərtəbədə yıxılıb və ağır bədən xəsarətləri alıb.

Şikayətdən sonra hüquq-mühafizə orqanları həmin oğlanı həbs ediblər və ona qarşı rəsmi ittiham irəli sürülüb. O zorlamada, adam oğurluğunda ittiham edilir.
Kristina bu addımı maddi imkansızlıq üzündən atdığını deyib.


Kristina – 20 yaşlı zorlanan azərbaycanlı qız

Noyabr ayının 27-də isə qızı zorlayan şəxslə ilə bağlı qərar verilib. Məhkəmənin qərarı ilə Bereznikov sakini 29 yaşlı Mixail Dnistryanın əqli qüsurlu olduğu, hadisəni törədən zaman şüurlu olmadığına görə məcburi müayinə və mülicəyə göndərilib.

Kristina Bakıda keçirilən Bakı-2015 Avropa Oyunları könüllülərindən olub.

mənbə :
anspress

Bakireliyini satışa çıxaran azerbaycanlı qız danışdı