İçeriğe geçmek için "Enter"a basın

Yeni ilin ilk günü yollar buz bağlayacaq

31-12-2015

14:24 xeber – Yeni ilin ilk günü avtomobil yolları buz bağlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -3-0 dərəcə şaxta, gündüz 0-3 isti, Bakıda gecə -1 dərəcəyədək şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə -5-1 dərəcə şaxta, gündüz -1 dərəcədən 4 dərəcəyədək isti, dağlarda gecə -10-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -15 dərəcəyədək şaxta, gündüz -5-0 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişib. Arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

mənbə :
anspress

Yeni ilin ilk günü yollar buz bağlayacaq