İçeriğe geçmek için "Enter"a basın

2015-ci ilin dünya və Azərbaycan üçün ən yadda qalan hadisələri - FOTO

31-12-2015

18:56 xeber – 2015-ci ildə fotomüxbirlər təbii fəlakətlərin, hərbi münaqişələrin, idman yarışlarının, qələbə anlarının, sadə insanların kədər, sevinc, çarəsiz məqamlarının şahidi olub.

ANS PRESS başa çatmasına saatlar qalan ilin ən yadda qalan hadisələrini yada salır.

Fransanın paytaxtı Parisdə satirik jurnal olan “Charlie Hebdo”nun mərkəzinə hücum olub. İki naməlum şəxs jurnalın Nicolas Apper küçəsindəki mərkəzinə silahla basqın edib. Jurnal daha öncə Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkərək yerləşdirdiyi üçün sərt reaksiyalara məruz qalıb.

Tarixdə ən böyük faciə 2015-ci ildə Nepalda baş verib. Aprelin 25-də səhər saatlarında Nepalda Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Təxminən 5 0000 adam ölüb. Ölkədə 3 gün matəm olub.

19 mayda Bakının Binəqədi rayonunda binada baş verən dəhşətli yanğın da insan ölümü ilə nəticələndi.

16 mərtəbəli binadakı yanğında həlak olanları anarkən ölən uşaqlar üçün qoyulmuş oyuncaq

Bakıda yanan binadan polis əməkdaşı ilə FHN işçisi körpə uşağı xilas edən zmanı

Yunanıstan Baş Naziri Aleksis Tsipras yunanları Avropanın təkliflərinə “Yox” deməyə səsləyib.

Rusiyaya məxsus “Airbus-321″ təyyarəsi Sinay yarımdası üzərində qəzaya uğrayıb. Misirin rəsmi qurumlarının verdiyi məlumata görə,qəzaya uğramış təyyarənin sərnişinlərindən heç kim sağ qalmayıb.

ABŞ-ın Ali Məhkəməsi bütün ştatlarda eynicinsli nikahı qanuni elan edib.

Prezident İlham Əliyev və İlham Zəkiyev Avopa oyunları zamanı fəxri kürsüdə.

Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Şəkildə təcili yardım maşınları xəsarət alanları daşıyırlar.

Zakir Həsənov əsgər yemekxanasında

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda sahildə cəsədi tapılan 3 yaşlı oğlan suriyalı Ayla Kurdinin şəkili dünyanı silkələyib.

“New Horizons” apparatı ilə insan oğlu ilk dəfə Plutonun səthinin şəkillərini görüb.

Çinin Tyantszin şəhərində yerləşən sənaye bölgəsindəki partlayışda 160-dan çox insan həyatını itirib 700-dən çox insan yaralanıb.

FİFA-da rüşvət qalmaqalı. Qurumun prezidenti Yozef Blatter 8 il futboldan uzaqlaşdırılıb.

Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.

Bakının Nardaran qəsəbəsində atışma baş verib.

Türk qırıcıları Rusiyanın Su 24 qırıcısını vurub.

Dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

mənbə :
anspress

2015-ci ilin dünya ve Azerbaycan üçün en yadda qalan hadiseleri – FOTO