İçeriğe geçmek için "Enter"a basın

Rusiyalılara dollar proqnozu - FOTO

31-12-2015

22:12 xeber – Rusiyalı astroloq Pavel Qloba insanlara dollar almaq üçün meymun ilini gözləməyi məsləhət görüb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur astroloq rusiyalılara ən azı fevral ayına qədər dollar almaq fikrindən vaz keçməyi məsləhət görüb. Şərq təqviminə əsasən 2016-cı il alovlu meymun ili üzərində təhvil olunur.

Pavel dollar almaq istəyən rusiyalılara təxminən 8 fevrala qədər səbr etməyi tövsiyyə edir. Parlaqlığı, rəngarəngliyi sevən meymun ilində dolların məzənnəsi dəyişməkdə davam edəcək.


Pavel Qloba

Onun fikirlərinə görə, dolları qısa müddətlik də olsa “parlaq gələcək” gözləyir. O, əmindir ki, Rusiya böyük səbr nümayiş etdirir və bundan sonrada etdirəcək.

Dollar Moskva birjasında fəal olaraq bahalaşmağa davam edir. Beləki dollar tarixində ilk dəfə olaraq 73 rubla qədər bahalaşıb. Dolların bahalaşması fonunda neftin qiyməti ucuzlaşmaqda davam edir.

mənbə :
anspress

Rusiyalılara dollar proqnozu – FOTO