İçeriğe geçmek için "Enter"a basın

"Xanımlarımız dərk etməlidir ki, gözəl görünmək asan deyil"

31-12-2015

22:42 xeber – Əməkdar incəsənət xadimi və peşəkar modelyer, bu gün öz doğum gününü qeyd edən Fəxriyyə Xələfova Yeni İl gecəsi və 2016-cı ilə Azərbaycan xanımlarına geyimi ilə bağlı məsləhət verib.

Fəxriyyə Xələfova ANS PRESS-ə danışaraq xanımlara yeni ildə çox vacib məsləhətlər verib:

“Yaxınlarımızı, özümüzü sevindirməliyik. Özünə sevgi ifadə olunmalıdır, xanımın özünə münasibətində, gözəlliyi, can sağlığı, özünün təsdiqləməsi yolunda bəzi proseslərdə iştirak etməlidir. Xanımın seçdiyi geyim stili üçün özündə güclü inam hissi olmalıdır.


Fəxriyyə Xələfova

Fəxriyyə Xələfova etiraf etdi ki, gün ərzində xoş sözlər eşitməsə günü boş hesab edir:

“Xanımlar həm imic baxımından və zahiri görünüşünə xüsusi diqqət yetirməlidir. Bu amillər xanımlıarın uğuruna, xoşbəxtliyinə, ətrafdan xoş müsbət rəylər almağa imkan yaradır. Ətrafdan gələn xoş rəylər qadını gənc saxlayır. Məsələn, mən evdə belə təmtəraqlı görünməyə çalışıram. Çünki gün ərzində 2-3 dənə xoş sözlər eşitmədimsə, həmin gün mənim üçün boş olur (gülür).

Əlbəttə xanımlarda sual yarana bilər ki, Fəxriyyə Xələfovanın həyat tərzi daha rahatdır, o mətbəx işlərini daha az görür, daha çox ictimaiyyət arasında olduğu üçün evdə məişət problemləri olmur. Mən belə deməzdim, bunların hamısını təkzib edirəm. Mən də digər xanımlar kimi, çalışıram ki, ən çox vaxtımı ailəmə sərf edim. Bu səbəblər deyil. Bunların hamısını gözəl, yaraşıqlı görünüş ilə də etmək olar”.

Onun sözlərinə görə, kişiləri dəyişmək üçün əvvəlcə xanımlar dəyişilməlidir:

“Hərdən müşahidə edirəm ki, xanımlarımızda gərginlik, narazılıq olur, şikayət edirlər ki, hər şey mənasızdır, təkrar günlər və s. Amma mən sakitəm, rahatam. Əvvəlcə qadınlarımız dəyişilməlidir ki, bəlkə kişilərimiz də dəyişər”.

Hər qadın özünü dərk etməlidir. Hərə öz üzərində işləməlidir. Qadınlarımız başa düşməlidir ki, gənc, gözəl uğurlu olmaq o qədər də asan iş deyil. Bunun üçün çox əmək sərf eləmək lazımdır”.

“Psixoloqların belə bir deyimi var ki, “özünə qənaət edən xanım elə bir şərait yaradır ki, ona hamı qənaətlə yanaşır”.

Yeni il gecəsində xüsusi görünmək üçün yüksək maliyyəyə ehtiyac yoxdur, kifayət edir ki, saçlarına gül taxsınlar, hansısa parlaq aksesuar taxsın, nağılvari görünsün”.

Modelyer 2016-cı ilin ən dəbdə olan rəngini də deyib:

“Beynəlxalq Rəng Təşkilatı “Pantone” 2016-cı ildə dəbdə olacaq rənglərin siyahısını hazırlayıb. Təşkilatın proqnozuna görə, gələn il açıq çəhrayı və zümrüdün açıq tonları dəbdə olacaq”.

mənbə :
anspress

“Xanımlarımız derk etmelidir ki, gözel görünmek asan deyil”