İçeriğe geçmek için "Enter"a basın

Dubayda məşhur oteldə şiddətli yanğın (VİDEO, FOTO)

31-12-2015

22:55 xeber – Dubayın mərkəzində dünyanın ən yüksək binası “Burc Xəlifə”nin yanında yerləşən 63 mərtəbəli mehmanxana yanır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, onlarla mərtəbə alova bürünüb.

Yanğının qarşısını almaq üçün bütün qüvvələr səfərbər olunub. Polis və yanğınsöndürənlər hadisə yerini əhatəyə alıb. Alovun ram edilməsi üçün gərgin iş gedir. Otel olaraq istifadə edilən göydələnin bir neçə mərtəbəsində yanğın daha da şiddətlənib.

“Address Downtown” mehmanxanasının yanmasının səbəbləri hələlik məlum deyil. Bura Yeni ilin qarşılanması üçün ənənəvi məşhur yerlərdən sayılır. Bura hər il dünyanın müxtəlif yerlərindən minlərlə insan yığılır. Şəhərdə ən böyük salyuta baxmaq üçün insanlar məhz bura yığışır. Yerli KİV-də yayılan şəkillərə görə, alov binanın bir çox hissəsini tutub.

Dubayda yerləşən “Bürc Xəlifə” dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb.

Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smithdir.


“Address Downtown” mehmanxanası


Hadisə baş verən ərazi xəritədə

mənbə :
anspress

Dubayda meşhur otelde şiddetli yanğın (VİDEO, FOTO)