İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan milliləri Yaponiyanı məğlub etdi

03-01-2015

yaponiyaazerbaycan

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Yaponiya – Azərbaycan oyunundan (0:1) sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Atsuşi Uçiyama (Yaponiya yığmasının baş məşqçisi): “Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündü”.
Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): “Ardıcıl ikinci dəfədi ki, bu turnirdə iştirak edirəm. Ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, Yaponiya yığması kimi güclü rəqibə qalib gəldiyimiz üçün çox sevinirik. Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirin ilk turu çərçivəsində keçirilən Yaponiya – Azərbaycan oyununun ən yaxşıları müəyyənləşib.  Yığmamızın heyətində matçın ən yaxşısı Mahir Mədətov seçilib. Qarşılaşma başa çatdıqdan sonra Mahirə xüsusi medal təqdim edilib.

Azərbaycan milliləri Yaponiyanı məğlub etdi