İçeriğe geçmek için "Enter"a basın

Səfər Əbiyev Çexiya vətəndaşı oldu?

03-01-2015

seferebiyev
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yeni ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub.
Bu barədə Axar.az-a verilən dəməlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığını alıb.
Onun ikili vətəndaşlığı olduğu – Azərbaycanla bərabər Çexiya vətəndaşı da aldığı bildirilir. Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də Feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.
S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu.
Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.
Onu da deyək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də Çexiyada yaşayır. Onun qardaşı Rafiq Əliyevin Praqada biznesi olduğu deyilir.
Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

 

Səfər Əbiyev Çexiya vətəndaşı oldu?