İçeriğe geçmek için "Enter"a basın

Türk aktrisa Azərbaycanı təhqir elədi

03-01-2015

mujdearhurriyetTürkiyənin tanınmış aktrisalarından biri Azərbaycandan saxta, dəyərsiz diplom almaq niyyətindədi.

Azadlıq.az-ın xəbərinə görə, Müjdə Ar “Hürriyət” qəzetinə müsahibəsində belə deyib.

“Siyasətlə məşğul olmaq haqqında düşünürsünüzmü?” sualına cavabında aktrisa növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyini deyib.

Aktrisa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət gündəmdən düşməyən Ağ sarayına da söz atıb. Belə ki, o, seçkiləri qazana bilsə bu sarayı film çəkilişləri üçün meydançaya çevirəcəyini deyib.

Diplomu belə olmayan, əsasən 1980-cı illərdə çəkilən türk seriallarında açıq-saçıq obrazları ilə seçilən aktrisanın bunu necə edəcəyi barədə suala isə heç düşünmədən Azərbaycandan dəyərsiz (Türklərin deyimiylə “dandik”) diplom alacağını deyib.

Geniş müsahibəsində o, Rusiya lideri Vladimir Putinin Ərdoğanın yeni iqamətgahını nə üçün bəyəndiyini anlamadığını da deyib. “Yəqin Sankt Peterburqdakı Ermitaja bənzədib”.

Sizcə Azərbaycan buna səssiz qalmalıdır?

Bizə görə aktrisa və mövzu ilə bağlı TQDK araşdırma apalıdır, lazım gəlsə məhkəmə prosesi başladılmalıdır maddi və mənəvi.

 

Bir yorum

  1. diplomali adam 29/03/2015

    Azerbaycanda dandik adamlar diploma alamaz, hatta dandikini bile alamaz.

Yorumlar kapatıldı.

Türk aktrisa Azərbaycanı təhqir elədi