İçeriğe geçmek için "Enter"a basın

Məşhur müğənni deputat olmaq istəyir

04-01-2015

tatlisesnamizedTürkiyəli müğənni İbrahim Tatlısəs öz şəhərindən millət vəkili olmaq qərarına gəlib.

Azadliq.az-ın xəbərinə görə, ifaçı növbəti seçkilərdə Şanlıurfadan namizədliyini irəli sürəcəyini bildirib.

Bu haqda Twitter və İnstagram səhifəsində yazan İbrahim Tatlısəs bunu qızı Elif Ada üçün edəcəyini vurğulayıb:

“Bu dəfə heç kim məni vəkillik istəyimdən geri çevirə bilməyəcək. Çünki bunu qızım Elif Ada üçün edəcəm. Həmyerlilərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdan kimi İnşallah işlərə başlayacam. Qərarımı sevənlərimlə bölüşmək istədim. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz, şanlıurfalı İbrahim Tatlısəs”.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə də deputatlığa namizəd olmuşdu. Məruz qaldığı silahlı hücumdan sonra ifaçı istəyindən imtina etmişdi.

Məşhur müğənni deputat olmaq istəyir