İçeriğe geçmek için "Enter"a basın

SABAH qruplarına 81 tələbə daha yerləşdirilib

05-01-2015

sabahqrupuTəhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb. Nazirliyin mətbuat xidmətindən Azadlıq.az-ın verdiyi xəbərə görə, əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.

Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. SABAH qruplarında ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib.

Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.

SABAH qruplarına 81 tələbə daha yerləşdirilib