İçeriğe geçmek için "Enter"a basın

Uğurlu Horadiz əməliyyatı

05-01-2015

horadiz

Polkovnik Ramaldanov: “Şəhid silah yoldaşlarımızın qisasını almaq üçün Ali Baş Komandanın əmrini gözləyirik”

Azərbaycan Silahlı Qüvvələrinin 21 öncə həyata keçirdiyi uğurlu Horadiz əməliyyatının ildönümü qeyd olunub.

Bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş yoldaşlarının məzarını ziyarət ediblər.

Milli Qəhrəman E. Zülfüqarovun məzarı üzərində toplanan veteranlar qarşısında çıxış edən hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Horadiz əməliyyatının Azərbaycan Silahlı Qüvvələrinin tarixində özünəməxsus rolunu və tarixi nailiyyətini vurğulayıb.

“Bu şəhidlər canlarını vətənə, dövlətinə və mənim əmrimə çox görmədilər. Onların qanı artıqlaması ilə alındı. Horadiz döyüşündə ermənilər bir gündə yüzdən çox itki verdilər, onlarla hərbi texnikanı, topu, maşını qənimət olaraq götürdük. Bu gün də biz veteranlar şəhid silah yoldaşlarımızın qisasını almaq üçün Ali Baş Komandanın əmrini gözləyirik. Düşmənə bu dəfə zərbəmiz daha ağır olacaq”, – deyə polkovnik Ş. Ramaldanov bəyan edib.

 

Xatırlqdaq ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədənCəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmənimiz ağır itkilər verərək cəsədlərini döyüş meydanlarında qoyaraq geri çəkilmişdi..

Uğurlu Horadiz əməliyyatı