İçeriğe geçmek için "Enter"a basın

Fransada jurnal binasına hücum – 12 ölü

07-01-2015

fransapolis

Bugün Fransanın tanınmış satirik jurnalı terror hücumuna məruz qalıb. 2 nəfər qarageyimli adamın jurnalın redaksiyasına avtomatla daxil olaraq atəş açması nəticəsində 12 nəfər ölüb.

Fransanın satirika jurnalına silahlı hücumda 12 nəfər ölüb.

“Çarli Hebdo” jurnalının Parisdəki redaksiya binasına daxil olan kalaşnikov avtomatla silahlanmış 2 nəfər ətrafa atəş açmağa başlayıb. Nəticədə 12 nəfər ölüb ki, Onlardan 10-u jurnal işçiləri, ikisi isə polisdir.

Polisin məlumatına görə hadisəni törədən 2 nəfər qara geyimdə və kapüşonlu olub. Onlar hadisədən sonra 2 avtomobillə qaçıb aradan çıxıblar.

fransa2

Hadisəyə görə Fransa da təhlükəsizlik tədbirləri ən yüksək həddə qaldırılıb. Fransa prezidenti Fransua Olland hadisəni xain terror hücumu adlandırıb. Olland, insidentlə bağlı sabah səhər hökuməti təcili iclasa çağırıb.

Anti-islam karikaturalara görə satirik jurnalın binası uzun müddətdir polis müşahidəsinin altında idi. 3 il əvvəl isə İslam peyğəmbərinin karikaturası yayımlandığı üçün jurnalın binası yandırılmışdı.

Hadisədən əvvəl jurnalın tvitterdəki hesabından sonuncu status kimi “İŞİD” lideri Əbubəkr əl-Bağdadinin karikaturası paylaşılıb.

fransaisid

Fransada jurnal binasına hücum – 12 ölü