İçeriğe geçmek için "Enter"a basın

Cizgi filminin zərərləri

07-01-2015

cizgifilmi

Valideynlərdən xahiş olunur ki, uşaqlarınıza keyfiyyətsiz cizgi filmi izlətdirməyin.
Alimlər xəbərdarlıq edirlər ki, uşaq cizgi filmləri zorakılıq səhnələri ilə doludur və uşaqlar bunun doğru olduğunu düşünərək tə’sir altında qalırlar.
 Bunu London Universitetinin alimlərinin apardıqları araşdırmalar göstərir. Uşaq cizgi filmləri heç də məsum deyil. Bu cür cizgi filmlərin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər.
Araşdırmaya 1937-ci ildən (Ağca xanım) 2013-cü ilə qədər (Soyuq ürəklər) çəkilən cizgi filmlərini daxil ediblər.
Cizgi filmlərindəki zorakılıq səviyyəsi araşdırılıb. Məlum olub ki, bu filmlərin qəhrəmanları əksər hallarda ölür. Bundan başqa, baş qəhrəmanların valideyinləri də tez-tez ölürlər. Misal üçün, “Nemonun axtarışında” cizgi filminin 4-cü dəqiqəsində yırtıcı balıqlar Nemonun anasını yeyirlər. Tarzan cizgi filminin isə 4-cü dəqiqəsində Tarzanın valideyinləri leopardı öldürürlər
Uşaqlarınıza izlətdiyiniz cizgi filmini keyfiyyətli seçin ki, baxdığı cizgi filmi onun inkişafına, tərbiyəsinə davranışlarına  müsbət tə’sir etsin. Bundan əlavə gündə sadəcə bir saat izləmələrinə icazə  verin.Onu da ikiyə bölün.Yarım saat sabah, yarım saat axşam olmaq şərtilə, əks təqdirdə bu uşaqlarınızın  davranışının pozulmasına gətirib çıxaracaq.cizgifilmi1
 Azadliq.az
Cizgi filminin zərərləri