İçeriğe geçmek için "Enter"a basın

"Facebook"la bağlı yeni qadağa qüvvəyə mindi

31-01-2016


31.01.2016 / 12:29 xeber –

“Facebook” və “İnstaqram” üzərindən silah satışı qadağan edilib. Lent.az “Cihan” xəbər agentliyinə istinadən xəbər verir ki, social şəbəkələr vasitəsi ilə lisenziyasız silah satışı artıq mümkün olmayacaq.

 

Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə qeyri-qanuni silah alveri məsələsi xüsusi ilə ABŞ-da aktualdır. Ölkədə baş verən silahlı insidentlər və qətliamlar sosial şəbəkələri idarə edən şirkətləri hərəkətə keçməyə məcbur edib və bu istiqamətdə ilkin olaraq lisenziyasız şirkətlərin silah alveri ilə məşğul olmasının qadağn edilməsinə qərar verilib.

 

“Facebook”un məhsul siyasəti depertamentinin rəhbəri Müdürü Monika Bikert verdiyi yazılı açıqlamada deyib ki, son iki ildə daha çox insane social şəbəkələrdən nə isə almaq və ya satmaq məqsədi ilə istifadə edir. 

mənbə :
lent.az

"Facebook"la bağlı yeni qadağa qüvveye mindi