İçeriğe geçmek için "Enter"a basın

Xalq artistinin keçmiş həyat yoldaşı evlilik proqramında

31-01-2016

12:34 xeber – Xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə yayımlanan evlilik proqramına qatılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Zuhal Topalla İzdivac” proqramında iştirak edən 64 yaşlı Sədaqət Dadaşova evlilik proqramına Oqtay adlı şəxs üçün müraciət edib. Türk dilini yaxşı başa düşmədiyini deyən xalq artistinin keçmiş həyat yoldaşı ilə Oqtay bəy arasında söhbət tərcüməçi xanım vasitəsilə baş tutub. Sədaqət Dadaşova müraciət etdiyi Oqtay adlı şəxsin anası ilə yaşamasından narahat olmadığını bildirib. Xanım Dadaşova Oqtay bəyə evinin hər yerində isti su olduğu təqdirdə köçüb İstanbulda yaşaya biləcəyi şərtini qoyub. Kişi isə talibinin şərti ilə razılaşaraq şəraitinin yaxşı olduğunu bildirib.

Daha sonra arakəsmə açılıb, bir-birini bəyənən cütlük çay içməyə yollanıblar.

Sədaqət Dadaşova “Zuhal Topalla İzdivac” proqramında

Anasının evlilik proqramına qatılmasını yerli KİV-ə şərh edən müğənni Səidə Dadaşova aktrisa Sədaqət Dadaşovanın bu addımından xəbərsiz olduğunu deyib.

S. Dadaşova bildirib ki, bu hadisə haqda yazılan xəbərləri oxumayıb: “O, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram”.

S.Dadaşova ailə söhbətlərindən çox danışmağı sevmədiyini bildirib.


Sədaqət Dadaşova, Rafail Dadaşov və övladları

mənbə :
anspress

Xalq artistinin keçmiş heyat yoldaşı evlilik proqramında