İçeriğe geçmek için "Enter"a basın

Neftçalada sex və ev yanıb

31-01-2016


31.01.2016 / 13:35 xeber –

Neftçala rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin bir otağında 8 kv.m sahədə ev əşyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa gecə saatlarında Neftçala rayonu, Kürkənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1050 kv.m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 36 kv.m sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 12 kv.m sahədə qarsalanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

mənbə :
lent.az

Neftçalada sex ve ev yanıb