İçeriğe geçmek için "Enter"a basın

SOCAR Türkmənistanda tapılmış cəsədlə bağlı məlumat yaydı

31-01-2016


31.01.2016 / 13:49 xeber –

SOCAR Türkmənistanda neftçinin cəsədinin tapılması və Bakıya gətirilməsi ilə bağlı məlumat yayıb. Lent.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilmiş, diplomatik kanallarla verilmiş məlumat əsasında istintaq qrupu və SOCAR-ın əməkdaşları cəsədin tanınması və Azərbaycana gətirilməsi üçün xüsusi təyyarə ilə Türkmənistana yola düşüb. Cəsəd artıq Bakıya gətirilmiş, kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi götürülüb. Tapılan cəsədin kimliyi məlum edildikdən sonra dəfn mərasimi təşkil olunacaq.

 

Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

mənbə :
lent.az

SOCAR Türkmenistanda tapılmış cesedle bağlı melumat yaydı